Əfqanıstanda partlayış: 6 nəfər öldü, 23 yaralı

Əfqanıstanın paytaxtı Kabildə Novruz bayramı şənliyi zamanı partlayış baş verib.

Yenicag.az xəbər verir ki, partlayış nəticəsində 6 nəfər həlak olub, 23 nəfər isə yaralanıb.

Məlumata əsasən, partlayış terrorçu-intiharçını tərəfindən törədilib./Trend/