Əfqanıstanda partlayış – Qadınlar və uşaqlar öldü

Əfqanıstanın şimalındakı Fəryab əyalətində mina partlayıb.

Yenicag.az xəbər verir ki, partlama nəticəsində 6 nəfər ölüb, 1 nəfər yaralanıb.

Ölənlərdən 4-ünün qadın, 2-sinin uşaq olduğu bildirilib.

Partlayışa səbəb qadınlardan birinin minanın üzərinə çıxması olub.