!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əfqanıstanda prezident seçkiləri 3 ay müddətinə təxirə saldı

!Reklam – Yazi

Əfqanıstan Müstəqil Seçki Komissiyası prezident seçkilərinin 20 iyul 2019-cu il tarixinə təxirə salındığını açıqlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə komissiya sədri Qulu Can Abdul Badi Sayada istinadən 1TV telekanalı məlumat yayıb.

Ölkədə prezident seçkiləri 2019-cu il 20 aprel tarixində keçirilməli idi.

Sədrin sözlərinə görə, seçkilərin vaxtının dəyişdirilməsi oktyabrda keçirilən parlament seçkiləri zamanı yaranmış problemlərlə bağlıdır. Bundan əlavə, möhlət “Taliban” hərəkatı ilə sülh sazişi danışıqlarına hazırlıqla əlaqəlidir.

Əfqanıstan prezidenti nümayəndəsinin müavini Şah Hüseyn Murtazafi öz növbəsində ölkə hökumətinin seçkilərin yeni keçirilmə tarixi ilə razılaşdığını bildirib./Report/

www.yenicag.az

1212
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv