Əfqanıstanda seçki mərkəzinə hücum – 20 ölü, 50 yaralı

Əfqanıstanda seçki mərkəzinə edilən hücum nəticəsində 20 nəfər ölüb, 50 nəfər isə yaralanıb.

Yenicag.az xəbər verir ki, hücum maşına yerləşdirilmiş bomba ilə həyata keçirilib. Bomba partladıldıqdan sonra isə 4 nəfər silahlı şəxs seçki mərkəzinə girərək ətrafa atəş açıb.

Təhlükəsizlik əməkdaşları ilə atışmada terrorçuların dördü də məhv edilib.

Əfqanıstanın Daxili İşlər Nazirliyinin məlumatına görə, hədəf Əfqanıstan Prezidentinin müavinliyinə namizəd Əmrullah Saleh olub.

COP29