Əfqanıstanın paytaxtı Kabildə və Celalabad şəhərində partlayışlar baş verib.
Yenicag.az xəbər verir ki, partlayışlar nəticəsində azı 5 nəfər xəsarət alıb.
Nanqarhar əyalətinin qubernatorunun təmsilçisi Attaullah Hoqyani bildirib ki, Celalabaddakı partlayış xəstəxanada baş verib.
İnsidentin digər təfərrüatları barədə məlumat verilmir./Trend/