Əfqanıstanın qərbindəki Qor əyalətində “Taliban” silahlılarının hücumu nəticəsində mülki şəxslər də daxil olmaqla ən azı 15 nəfər həlak olub.
Yenicag.az xəbər verir ki, bu məlumatı “Tolo News” telekanalı yayıb.
Əyalət qubernatorunun sözçüsü Abdulhaqi Xatibi faktı təsdiqləyərək, hücum haqqında tam məlumatın olmadığını bildirib.
O, eyni zamanda deyib ki, hadisə yerinə hökumət qüvvələri göndərilib./Report/