Əfqanıstanda “Taliban”a AVİAZƏRBƏ – 53 silahlı öldürüldü

Əfqanıstan təhlükəsizlik qüvvələri Faryab əyalətində “Taliban” silahlılarının mövqelərinə aviazərbə endirib.

Yenicag.az-ın verdiyi məlumata görə, dünən axşam saatlarında “Taliban” silahlıları Paştun Kot rayonunda Xvaca Namosi yaşayış məntəqəsindəki posta hücum ediblər.

Döyüş bir neçə saat çəkib, daha sonra “Taliban” silahlılarına aviazərbə endirilib. Aivazərbə nəticəsində ən azı 53 silahlı öldürülüb. Öldürülənlər arasında “Taliban”ın tanınmış komandirləri də var./APA/