Əfqanıstanda terror: 14 polis öldü, 25-i yaralandı

Əfqanıstanın Qəzni şəhərində radikal Taliban hərəkatının yaraqlıları ilə hökumət qüvvələri arasında toqquşma baş verib.

Yenicag.az rus mətbuatına istiinadən xəbər verir ki, toqquşma nəticəsində 14 polis və iki mülki şəxs öldürülüb.

Qarşıdurma nəticəsində güc strukturlarının 25 əməkdaşı və 15 dinc sakin yaralanıb.