Əfqanıstanda terror: 8 nəfər öldürüldü

Əfqanıstanın Loqar əyalətinin qubernatoru Ənvər İşakzayın karvanına hücum olunub.

Yenicag.az xəbər verir ki, bu barədə polis rəsmisi Şapur Əhmədzay bildirib.

Onun sözlərinə görə, partlayıcı maddələrlə doldurulmuş avtomobil Kabildən Loqara gedən qubernatorun karvanına tərəf sürülüb və partladılıb. Baş verən partlayış nəticəsind əazı 8 nəfər həlak olub. Qubernatorun özü partlayışdan sağ çıxa bilib.

Bildirilir ki, hücuma görə cavabdehliyi “Taliban” radikal qruplaşması öz üzərinə götürüb./Trend/

COP29