Əfqanıstanda terror aktı: 4 ABŞ vətəndaşı öldü

Əfqanıstanın paytaxtı Kabil şəhəri yaxınlığında terror aktı törədilib.

Yenicag.az xəbər verir ki, bomba yerləşdirilmiş avtomobilin partlaması nəticəsində yaxınlıqdakı bazada xidmət aparan 4 amerikalı əsgər həyatını itirib. Daha 3 nəfərin isə yaralandığı bildirilir.

Faktı Əfqanıstanda yerləşən ABŞ Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi Devid Batler də təsdiqləyib.

Baş verənlərə görə məsuliyyəti “Taliban” terror qruplaşması öz üzərinə götürüb.

COP29