Əfqanıstanın paytaxtı Kabildə baş verən terror aktında 90 nəfərə yaralanıb.
Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nəcib Daniş özünün “facebook” səhifəsində məlumat yayıb.
Onun sözlərinə görə, yaralılar arasında 23 uşaq var. Nazirlik rəsmisi həmçinin qeyd edib ki, ölənlərin 3-ü hərbçi, 1-i isə mülki şəxsdir.
Daha əvvəl Əfqanıstanın qərbindəki Badghis əyalətinin iki bölgəsində “Taliban” hərəkatının üzvləri ilə toqquşmalarda 21 polis və hərbçi həlak olub./Report/