Əfqanıstanda terror aktı törədilib, ölənlər və yaralılar var

Əfqanıstanın cənubunda yerləşən Qəndəhar vilayətində terror aktı törədilib.

Yenicag.az xəbər verir ki, kamikadze özünü bankın yaxınlığında partladıb.

Hadisə nəticəsində 3 mülki şəxs həlak olub, 12 nəfər yaralanıb.

Talibanın nəzarətində olan Daxili İşlər Nazirliyi hücumda İŞİD-i günahlandırıb.