afqanpolisƏfqanıstanda 6 hava limanı əməkdaşının ölümü ilə nəticələnən terror hadisəsi baş verib.

Yenicag.az Ölkə.Az-a istinadən xəbər verir ki, hadisə Qəndəhar vilayəti hava limanında qeydə alınıb. Bildirilir ki, hava limanında qadın sərnişinlərin üzərində axtarış həyata keçirməklə vəzifəli olan 5 qadının olduğu avtobus motosikletli 2 silahlının hücumuna məruz qalıb.

Hücum zamanı 5 qadın və avtobusun sürücüsü dünyasını dəyişib. Terror hadisəsinin məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib.

Faktla bağlı araşdırmalar davam edir.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 10
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."