Əfqanıstan paytaxtı Kabulda seçki komissiyasının ofisində partlayış törədilib.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.
Partlayışın məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib.
Qeyd edək ki, oktyabrın 20-da Əfqanıstanda parlament seçkiləri keçirilib. Seçiklər vaxtı da bu cür terror aktları törədilmişdi.