Əfqanıstanın Bəlx əyalətində terror aktı törədilib.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb, 9 nəfər yaralanıb.
Əfqanıstan polisi terror cəhdə əsas səbəbin yas mərasimində iştirak edən silahlı dəstə komandirinin aradan götürülməsi olduğunu bildirib.
Yaralananlar xəstəxanaya yerləşdirilib.