Əfqanıstanda yerli əsgər iki ABŞ hərbçisini öldürüb

Əfqanıstan Silahlı Qüvvələrinin əsgəri amerikalı hərbçilərə atəş açıb, nəticədə iki nəfər ölüb, daha iki nəfər isə yaralanıb.

Yenicag.az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, insident Nanqarhar əyalətinin Açin rayonunda baş verib.

Hücum edən hərbçi cavab atəşi ilə öldürülüb.

İnsidentin təfərrüatları müəyyənləşdirilir.

Yenicag.az