Əfqanıstanın Paktika və Xost vilayətlərində zəlzələ qurbanlarının sayı 1500 nəfərə çatıb.
Yenicag.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı “Taliban” hərəkatının nümayəndəsinə istinadən məlumat yayıb.
Təbii fəlakətdən 2000-dən çox insanın xəsarət aldığı bildirilir.
Xatırladaq ki, iyunun 22-də Əfqanıstanda 6,1 bal gücündə zəlzələ baş verib. “Taliban” hökuməti fəlakətin nəticələrinin öhdəsindən gəlmək üçün beynəlxalq yardım istəyib. Eyni zamanda BMT Baş katibi Antonio Quttereş dünya ictimaiyyətini həmrəylik nümayiş etdirməyə çağırıb.