Əfqanıstanın sənaye və ticarət naziri Nurəddin Əzizi Herat əyalətində logistika mərkəzi yaratmaq planlarını açıqlayıb.
Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “Bloomberg” agentliyi məlumat yayıb.
Qəzet yazır ki, bu mərkəz İranın Xaf şəhərinə birləşdirən yeni dəmir yolu vasitəsilə Rusiya neftinin Cənubi Asiyaya, o cümlədən, Pakistana nəqlini yaxşılaşdıracaq. Qeyd olunub ki, bu marşrut Qərblə gərginlik səbəbindən sabitliyi təhlükə altında olan dəniz yollarına etibarlı alternativ ola bilər.
Nəşrin analitiklərinin fikrincə, Pakistanla sərhəddə mərkəzin yaradılması potensial olaraq Rusiya və Pakistan arasında strateji enerji sazişini asanlaşdırır və bu, ABŞ ilə xarici siyasət əlaqələrinə görə ikincisi üçün vacibdir.
“Əzizi Rusiya, Pakistan və Türkmənistan arasında tranzit sazişinin imzalanmasına ümid etdiyini bildirib ki, bu da Rusiya-Pakistan münasibətlərini gücləndirə və Əfqanıstan-Pakistan əlaqələrinin yaxşılaşmasına kömək edə bilər. Bu tədbirlər Rusiyanın regionda mövqeyini gücləndirə və Hindistanla strateji münasibətlərinə təsir göstərə bilər, xüsusən də Pakistanın oktyabrda keçiriləcək “Outreach/BRICS-Plus” sammitinə mümkün dəvəti kontekstində bu, atılacaq ən ağıllı addım kimi dəyərləndirilir.. Rusiyanın qərarı isə bu məsələdə Hindistanı narazı sala bilər”, agentlik yazıb.
“Hindistan hazırda Rusiya üçün vacibdir. Əgər Hindistan layihəyə qarşı çıxarsa, Rusiya bu layihənin İrana qədər olan hissəsinə qoşula bilər. Digər tərəfdən isə ABŞ sanksiyalarının təzyiqinə baxmayaraq, Rusiya ilə Hindistan arasında ticarət əlaqələrinin gücləndirilməsi ikitərəfli münasibətlərə mümkün təsirin minimal olması ehtimalını artırır, – deyə KİV-in məlumatına qeyd olunub.
Rafi Müslümov