!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əfqanıstanı zəbt edən "Taliban"dan gələn TƏHLÜKƏ: "Vəziyyət axşama doğru tamam gərginləşəcək"

!Reklam – Yazi

“Əfqanıstanda 133 Azərbaycan əsgər və zabitləri hələ də xidmətdədirlər”.

Yenicag.az xəbər verir ki, bunu Taliban hərəkatının bütün Əfqanıstan ərazisində nəzarəti ələ keçirməsinin Azərbaycana mümkün təsirlərini dəyərləndirən hərbi ekspert Üzeyir Cəfərov deyib.

Onun sözlərinə görə, Amerika, İngiltərə və digər dövlətlər öz vətəndaşlarını, səfirliklərini Əfqanıstandan təcili çıxarmasına baxmayaraq, Azərbaycanın susqunluğu müşahidə olunur:

“Rusiyanın xeyir-duası ilə Əfqanıstanın altını üstünə çevirən “Taliban” dəstələri artıq bu gün Kabil şəhərinə daxil olmağa başladılar. Vəziyyət axşama doğru tamam gərginləşəcək. Qeyd edim ki, Əfqanıstanda 133 Azərbaycan əsgər və zabitləri hələ də xidmətdədirlər. Heç bir yerdə Azərbaycan sülhməramlılarının Əfqanıstandan çıxarılması və ya çıxarılacağı ilə bağlı məlumat yoxdur.

Baş verənlərdən yeganə məmnun ölkə yenə Rusiya Federasiyasıdır. Bu həmin rəsmi Moskvadır ki, bir neçə həftə bundan əvvəl öz ərazisində qadağan etdiyi Taliban hərəkatının üzvlərini bəh-bəhlə qəbul edib, onlara lazım olan tapşırığı və təlimatları verdi. Əfqanıstanda olan yerüstü və yeraltı sərhədləri, ən əsası isə narkoticarəti öz nəzarəti altına alacaq rəsmi Moskva səbirsizliklə Talibannın Kabildə nəzarəti tam əlinə alacaqlarını gözləyir. Bu həmin Rusiyadır ki, özünü SSRİ-nin varisi sayır və bu həmin sovetlər birliyidir ki, milyonlarla insanı Əfqanıstan çöllərində məhv etdi. Bir sözlə, Əfqanıstanda baş verənlərdən ən çox qazanan yenə bizim şimal qonşumuz olacaq”.

Gülşən Şərif

www.yenicag.az

631
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv