Əfran İsmayılov CƏZALANDIRILDI

AFFA İntizam Komitəsi “Araz-Naxçıvan”ın məşqçisi Əfran İsmayılovu cəzalandırıb.

Yenicag.az xəbər verir ki, buna gənc mütəxəssisin Premyer Liqanın IV turunda “Sumqayıt”la oyundakı davranışı səbəb olub.

İsmayılov matç bitdikdən sonra rəsmi şəxslərin tələblərinə əməl etmədiyindən, 1-i şərti olmaqla 2 oyunluq cəzaya məruz qalıb. “Araz-Naxçıvan” isə 1000 manat cərimələnib.

Bundan başqa, görüş ərzində 5 futbolçusu sarı vərəqə alan “Sumqayıt” 700 manat cəriməyə məruz qalıb.