“Sumqayıt”ın futbolçusu Əfran İsmayılov Türkiyədə əməliyyat olunub.
Yenicag.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin əməliyyatı uğurlu keçib.
İlkin məlumata əsasən, Əfran İsmayılov 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, təcrübəli yarımmüdafiəçi “Sabah”la qarşılaşmada zədələnib.