“Qarabağ”dan ayrılacaq daha bir futbolçunun adına aydınlıq gəlib.
Yenicag.az-ın əldə etdiyi məlumata görə, söhbət Əfran İsmayılovdan gedir.
Ağdam təmsilçisi müqaviləsi başa çatan təcrübəli yarımmüdafiəçi ilə sözləşmənin müddətini yenilənməyib.
Qeyd edək ki, Əfran “Qarabağ”a 2015-ci ildə qayıtmışdı. O, 2006-2013-cü illər ərzində də “atlılar”ın şərəfini qoruyub.