!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əfsanəvi Türk xaqanının məzarı tapıldı? - Tarixçiləri mat qoyan İDDİA

!Reklam – Yazi

Oğuzların ulu əcdadı hesab olunan əfsanəvi türk xaqanı Alp Ər Tonqanın məzarının tapıldığı iddia olunur.

Yenicag.az “Odatv”yə istinadən xəbər verir ki, bu iddia ilə Türkiyə Qazi Universitetinin professoru Necati Demir çıxış edib.

Tarixi mənbələrə əsasən, Türk xaqanı Alp Ər Tonqa eramızdan əvvəl VII əsrdə yaşayıb. O dövrdə Altaylardan Qafqaza qədər uzanan geniş coğrafiyada Turan İmperiyası qurduğu bildirilir. Türk tarixinin ən qədim ədəbi və siyasi əsərlərindən sayılan “Divanü-Lügat-it-Türk” və “Qutadqu Bilik”də əfsanəvi hökmdardan bəhs edilib. Eyni zamanda, Firdovsinin “Şahnamə” poemasındakı Əfrasiyabın da Alp Ər Tonqa olduğu bildirilir.

Alp Ər Tonqanın məzarı indiyə kimi daha çox Türkmənistanın Mərv şəhərində axtarılırdı. Çünki həmin şəhərin tarixinin məhz onun adı ilə başlandığı deyilir.

Professor Necati Demir isə Alp Ər Tonqanın məzarını Özbəkistanın Buxara şəhərində tapdığını iddia edib:

“Türk dünyasına sayğı ilə bəyan edirik ki, türklüyün ulu əcdadı Alp Ər Tonqanın məzarı Buxarada tərəfimizdən tapılıb. Türk dünyasına salam olsun..

Qədim ərəb və fars mənbələrində Alp Ər Tonqanın məzarının Buxarada olduğu yazılıb. Bu işdə yerli tarixçilər və tədqiqatçılardan dəstək aldım. Məzarla bağlı detalları qarşıdakı günlərdə açıqlayacam”.

Lakin tarixçilər professorun bu açıqlamasına hələ ki skeptik yanaşaraq, onun iddiasını təsdiqləməyə tələsmirlər.

www.yenicag.az

673
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv