Əfv Komissiyası 850-dək müraciətə baxıb

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Komissiyanın üzvü Mehdi Mehdiyev açıqlamasında bildirib ki, iclasda 120 müraciətə baxılıb.

O, indiyədək keçirilən iclaslarda ümumilikdə 850-yə yaxın müraciətə baxıldığını deyib.

Qeyd edək ki, Novruz Bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir.

Həmin vaxta qədər daha bir neçə iclasın keçiriləcəyi, iclaslarda 800-dən çox müraciətə baxılacağı bildirilir.

Yeniçağ.az