Əfv Komissiyası iclaslarını davam etdirir

4ede83620908e0042b8641391ad2f5f5Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları davam etdirilir.

Bu barədə komissiyanın üzvü, deputat Məlahət İbrahimqızı məlumat verib. M. İbrahimqızı komissiyanın bir neçə iclasının keçirildiyini bildirib.

Qeyd edək ki, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə Azərbaycanda növbəti əfv sərəncamının imzalanacağı gözlənilir.

Əfv Komissiyası müraciətlərin araşdırılmasını başa çatdırdıqdan sonra siyahı dövlət başçısına təqdim olunacaq .(APA)