Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yekun iclası keçirilib.
Komissiyanın üzvü Rəşad Məcid bildirib ki, sonuncu iclasda 100-dən artıq müraciətə baxılıb.
Komissiya üzvü qeyd edib ki, indiyədək keçirilən iclaslarda ümumilikdə 900-dən artıq müraciət araşdırılıb və onların 450-sinə müsbət rəy verilib.
R.Məcid vurğulayıb ki, əfv sərəncamı ilə 450-ə yaxın məhbus azadlığa qovuşa bilər.
Qeyd edək ki, Novruz Bayramı ərəfəsində Azərbaycan prezidenti İlham Əliyevin əfv sərəncamı imzalaması gözlənilir.
Yeniçağ.az