Əfv komissiyasının iclası başa çatdı – 100-dən artıq müraciətə baxıldı

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

Yenicag.az-ın məlumatına görə, iclasda əfvlə bağlı 100-dən artıq müraciətə baxılıb.

Qeyd edək ki, komissiyanın yeni tərkibdə ilk iclası fevralın 16-da keçirilib və 100-dən artıq müraciətə baxılıb. Novruz bayramına qədər komissiyaya daxil olan müraciətlərin baxılıb yekunlaşdırılması nəzərdə tutulur.