Əfv Komissiyasının növbəti iclası keçirilib

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Bu barədə komissiya üzvü Əliməmməd Nuriyev məlumat verib.

Ə.Nuriyev bildirib ki, Komissiyanın bu gün keçirilən iclasında 110 müraciətə baxılıb. Onun sözlərinə görə, indiyə qədər 700-dən artıq müraciətə baxılaraq müvafiq rəy verilib.

Qeyd edək ki, Komissiyaya 800-dən artıq müraciət daxil olub. Prezident İlham Əliyevin Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalayacağı gözlənilir.

Yeniçağ.az