Əfv Komissiyasının növbəti iclasının vaxtı açıqlandı

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası mayın 15-də keçiriləcək.

Yenicag.az xəbər verir ki, iclasda Komissiyaya daxil olan digər müraciətlərə baxılacaq.

Qeyd edək ki, Komissiyanın bu il keçirilən iclaslarında baxılan müraciətlərin sayı 300-ü ötüb.