Əfv Komissiyasının sonuncu iclasının vaxtı məlum oldu

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası vaxtı məlum olub.

Yenicag.az xəbər verir ki, növbəti iclasın martın 17-də keçirilməsi nəzərdə tutulur.

Komissiyanın 9 iclası keçirilib və daxil olan yeni müraciətlərin 950-dən çoxuna baxılıb.

Komissiya iclaslarının bu həftə yekunlaşdırılacağı və siyahının dövlət başçısına təqdim ediləcəyi nəzərdə tutulur. Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir.