!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əfv sərəncamı nə vaxt veriləcək? - Rəsmi açıqlama

!Reklam – Yazi

Azərbaycan prezidenti İlham Əliyevin həftə sonuna kimi əfv sərəncamı imzalayacağı gözlənilir.

Bu barədə Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.

Ə.Nuriyev xatırladıb ki, artıq Komissiyasının iclasları başa çatıb: “İclaslarda 900-dən artıq müraciət araşdırılıb və onların 450-nə müsbət rəy verilib. Sonrakı mərhələdə rəylər hazırlanaraq Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunacaq. Bundan sonra ölkə başçısının əfv sərəncamı olacaq. Sərəncamın həftə sonuna qədər imzlanacağını gözləyirik”.

Yeniçağ.az

www.yenicag.az

1194
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv