Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə mayın 24-də imzaladığı əfv sərəncamının icrası başa çatıb.
Yenicag.az xəbər verir ki, 607 məhkum azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilib.
Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad olunub.
Bundan başqa, 9 məhkum şərti azadlıqdan məhrumetmə, 6 məhkum islah işləri, 11 məhkum isə cərimə cəzasından azad edilib.
Sərəncam ümumilikdə 634 nəfərə şamil olunub.
Əfv olunan məhkumların 16-ı qadındır.
Ölkə başçısının imzaladığı sərəncamla 39 əcnəbi vətəndaşlar da var.
Siyahıda Gürcüstan (11), Rusiya (4), Çin (5), İran (4), Türkiyə (3), Banqladeş (3), Türkmənistan (2), Qazaxıstan (2), Özbəkistan (1), Kamerun (1), Hindistan (1), Əfqanıstan (1) və Ukrayna Respublikasının (1) vətəndaşlarının adları yer alıb.
Bundan başqa, siyahıda vətəndaşlığı olmayan 3 nəfərin adı da var.
Əfv olunanlardan 11 nəfəri tanınmış şəxsdir. Bunlar şair Saday Şəkərli (Şəkərov), Nardaran hadisələrinə görə həbs edilən Nadir Babayev, Əliağa Qasımov, Hilal Cabbarov, Ələkbər Qurbanov, Fail Şahbazov, Natiq Şahbazov, “hicab aksiyası”nda həbs olunan David Kərimov, Elşad Rzayev, AXCP üzvü Elnur Fərəcov, “Eurovision” keçirilən zaman tutulmuş Valeh Abdullayevdir.
Bundan başqa, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər, həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 9 nəfər cəzadan azad edilib.
Eləcə də islah işləri cəzasına məhkum edilmiş 6 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 11 nəfər isə cəzadan azad olunub.
Qeyd edək ki, bu, 64-cü əfv sərəncamıdır.