Əfv sərəncamının icrasına başlanılıb

5d1c72f82748fd6f1d908012a0d6037fAzərbaycanda əfv sərəncamının icrasına başlanılıb.
Prezident İlham Əliyevin dekabrın 28-də imzaladığı sərəncam ümumilikdə 210 nəfərə şamil edilib.

Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 198 nəfər cəzanın çəkilməmiş hissəsindən, 3 nəfər islah işləri, 9 nəfər isə cərimə cəzasından azad edilib.

Əfv olunalar arasında xarici ölkə vətəndaşları da var.(APA)