Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Əfv üçün 400 məhbus müraciət edib”

?????????????????????????????????????????????????????????

“Novruz bayramı ilə əlaqadar Əfv Komissiyasına 400-dən çox məhbusun müraciəti daxil olub”.

Bu barədə AzNews.az-a Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev məlumat verib. Bildirib ki, Komissiyanın 4-cü iclasında daxil olan müraciətlərə baxılıb: “Bu, Əfv Komissiyasının 4-cü iclası idi. Daxil olan müraciətlər müzakirə olundu, tövsiyyə xarakterli qərarlar qəbul olundu. Bunlar bütövlükdə prezidentə təqdim olunacaq. Kimlərin əfv olunmasını ancaq prezident müəyyənləşdirə bilər. Çünki əfv etmək onun səlahiyyətindədir”.

Ə.Nuriyev qeyd edib ki, Əfv Komissiyası hər bir müraciəti araşdırır: “Biz orada konkret olaraq hansısa siyahıya deyil, bütövlükdə daxil olan müraciətlərə baxırıq. Əfv üçün müraciət edənlərin adlarını açıqlamaq doğru deyil”.

Qeyd edək ki, Novruz bayramı ərəfəsində Prezident İlham Əliyevin növbəti əfv sərəncamı imzalayacağı gözlənilir.

Loading...

www.yenicag.az

364
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100