Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Əgər bu il də Azərbaycandan Həcc ziyarətinə icazə verilməsə, o zaman...” – İlahiyyatçıdan TƏKLİF

“Ölkədə koronavirusa qarşı peyvənd olunanların Həcc Ziyarətinə getmələrinə icazə verilməlidir”.

Səudiyyə Ərəbistanı bu il Həcc ziyarətinə getmək istəyən zəvvarlar üçün şərtlərini açıqlayıb. Həmin şərtlərə görə, Həcc ziyarəti etmək istəyənlər koronavirusa qarşı vaksinin hər iki dozasını aldıqdan sonra səfər üçün müraciət edə bilərlər.

Bununla belə, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirilib ki, pandemiyaya görə ötən il olduğu kimi bu il də Azərbaycandan Həcc ziyarətinə səfər baş tutmaya bilər.

Mövzu ilə bağlı Yenicag.az-a danışan ilahiyyatçı Elşad Miri qeyd edib ki, Həcc ziyarətinə icazə verilməsə, bunun əsaslı səbəbləri izah olunmalıdır:

“İndiyə kimi Həcc və Ümrə ziyarətini təşkil edən müvafiq qurum və şəxslər bu məsələ ilə bağlı ictimaiyyətə məlumat verməlidirlər. Əgər ölkədə vaksinasiya prosesinə start verilibsə, bu halda Səudiyyə Ərəbistanının irəli sürdüyü şərtlərə cavab veririk. Bütün hallarda Həcc Ziyarətinə icazə verilməsə, ziyarətə getmək istəyən şəxslər səmərəli addım ata bilərlər.

Təklif edirəm ki, hər il ardıcıl olaraq Həcc ziyarətinə gedən şəxslər mövcud pandemiya şəraitində maddi çətinlik yaşayan insanlara, qazi və şəhid ailələrinə dəstək olsunlar. Çünki pandemiya dövrü ölkədə işsizliyin artmasına səbəb olub. Aztəminatlı ailələrə həyan olması gözəl addım ola bilər”.

Gülşən Şərif

Loading...

www.yenicag.az

381
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100