!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Əgər dövlət başçısı açıq mikrofonla söyüş söyürsə,..” – PR-mütəxəssisdən QİYMƏTLƏNDİRMƏ

!Reklam – Yazi

“Elə hallar da yaranır ki, iştirakçılarla bağlı seçim imkanı məhdudlaşır və mətbuat konfransları, brifinqlər açıq olur”.

Bu fikirləri dövlət başçılarının və ya yüksək ranqlı dövlət məmurlarının açıq tədbirlərdə istəmədən qeyri-senzuradan istifadə etmələrinə münasibət bildirən Siyasi Texnologiyalar Mərkəzinin (STM) prezidenti Vəli Əlibəyov Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, siyasətçi istənilən halda hər hansı hadisəyə və ya situasiyaya daim hazır olmalıdır:

“Əslində, bu, çox maraqlı məqamdır. Qeyd etmək lazımdır ki, ölkə rəhbərliyi səviyyəsində bu kimi halların baş verməsində cavabdeh olaraq, mətbuat xidməti göstərilir.

Belə tədbirlərə aid yazılmamış qanunlara əsasən, o cür görüşlərə ancaq və ancaq etibar edilən, sözdən çıxmayan jurnalistlər dəvət olunur. O nöqteyi-nəzərdən, analoji tədbirlərdə təşkilatçılıqla bağlı məsuliyyəti mətbuat xidməti daşıyır.

Ancaq elə hallar da yaranır ki, iştirakçılarla bağlı seçim imkanı məhdudlaşır və mətbuat konfransları, brifinqlər açıq olur. O zaman ifadələrini seçməyə çətinlik çəkən, açıq mikrofonla söyüş söyən dövlət başçısı, yaxud da başqa rəsmi şəxs özündən başqa heç kəsi günahlandıra bilməz.

Çünki siyasətçi istənilən halda hər hansı hadisəyə və ya situasiyaya daim hazır olmalı, təmkinli davranmağı bacarmalı, neqativ qarşılanan hərəkətlərə yol verməməlidir”.

A.Zeynalov

www.yenicag.az

598
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv