Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Əgər karantin rejimi yenidən sərtləşdirilməsəydi, vəziyyət daha acınacaqlı olardı” – Partiya sədri

“İndiki kritik dönəmdə virusun yayılmasının qarşısını almaq üçün sərt tədbirlərin tətbiqi başadüşülən və hətta vacibdir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında ölkədə karantin rejiminin sərtləşdirilməsindən sonra yoluxma statistikasının nisbətən sabitləşdiyini deyən Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə bildirib.

Arzuxan Əlizadənin sözlərinə görə, insanlarımız arasında hələ də ölümcül virusun mövcudluğuna və durumun ciddiliyinə şübhə ilə yanaşanların olması təəssüf doğurur:

“Bu gün xəstəxanaların reanimasiya bölmələrində çox sayda xəstələrimiz var, insan itkimiz isə artıq 200 nəfərə yaxınlaşıb. Bu, on milyonluq əhali sayına nisbətdə kifayət qədər ciddi rəqəmdir.

Əslində, gündəlik olaraq verilən bu statistika real yoluxma sayı da deyil, virusa yoluxması müəyyən edilən insanların sayıdır. Yoluxanlar, amma yoluxduğu hələ müəyyən edilməyənlərin sayı heç də az deyil. Xəstəliyi simptomsuz keçirənlərin olduğunu da nəzərə alsaq, vəziyyətin nə qədər kritik olduğunu təsəvvür edərik”.

Partiya sədri hesab edir ki, zəruri ehtiyac yaranarsa, karantin rejimi bir qədər də sərtləşdirilə bilər:

“Əgər karantin rejimi yenidən sərtləşdirilməsəydi, vəziyyət daha acınacaqlı olardı. Digər tərəfdən, hökumət cəzaları sərtləşdirməklə yanaşı, virusa qarşı mübarizə sahəsində təbliğatı da gücləndirməlidir. Vətəndaşlarımıza vəziyyətin ciddiliyini olduğu kimi çatdırmaq lazımdır. Bunu insanlarımız tərəfindən qəbul edilən, yəni bu vaxta qədər televiziya ekranlarından yalanlar tirajlayanlar deyil, içində olduğumuz duruma obyektiv münasibət bildirən şəxslər və bu sahə üzrə yetərli bilgilərə sahib olan mütəxəssislər çatdırmalıdırlar.

Əgər ehtiyac yaranarsa, dəstək üçün təcili olaraq, xarici mütəxəssislər də ölkəyə dəvət edilməlidirlər. Bütün bunlarla paralel olaraq isə hökumət vətəndaşlarımızın sosial durumunu da nəzərə almalı, karantin rejiminin tətbiqi ilə əlaqədar ziyan görən kommersiya sahələrinə, iş adamlarına, xüsusilə də sosial durumu aşağı olan aztəminatlı vətəndaşlarımıza dəstək olmalı, onlara əlavə yardımlar etməlidir”.

Gülşən Şərif

www.yenicag.az

462
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100