Əgər müharibəyə mən başlamışamsa, niyə 17 il gözləyirdim.
Yenicag.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev “Fox News” televiziya kanalına müsahibəsində jurnalistin “Siz bu böhranın diplomatik həllinin olduğuna inanırsınızmı?” sualına cavabında deyib.
Dövlət başçısı bildirib:
“Bəli, inanıram. Əks halda mən 17 il ərzində danışıqlarda iştirak etməzdim. Siz deməyə çalışırsınız ki, müharibəni mən başlamışam. Əgər müharibəyə mən başlamışamsa, niyə 17 il gözləyirdim. Azərbaycan Ordusu artıq azı 10 ildir ki, yaxşı hazırlaşıb. Ona görə də, diplomatik həll masa üzərindədir. Ermənistan Dağlıq Qarabağ ətrafındakı əraziləri boşaltmalıdır. Azərbaycanlılar həmin ərazilərə qayıtmalıdırlar, sonra ermənilərlə sülh və ləyaqət şəraitində yaşamalıdırlar. Bizim mövqeyimiz bundan ibarətdir”.