Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

"Əgər Paşinyan baş nazir olsa, Qarabağda müharibə başlayacaq" - Rusiyalı ekspert  

Reklam: Sinerji Pro

“Böyük ehtimalla, İlham Əliyevin yenidən prezident seçildikdən sonra üçüncü rəsmi səfəri Rusiyaya olacaq”

Belə bir proqnozu Yenicag.ru-ya açıqlama verən “Politrus” analitik portalının direktoru Vitali Arıkov səsləndirib. Onun sözlərinə görə, bu səfər Moskvaya olmasa da, Soçiyə təşkil edilə bilər. Burada isə ola bilsin Rusiya prezidenti Vladimir Putin İlham Əliyevlə Ermənistanın yeni baş naziri arasında danışıqların vasitəçisi rolunda çıxış edəcək.

Türkiyə ilə Azərbaycanın sıx əlaqələrindən danışan ekspert qeyd edib ki, Türkiyə Azərbaycanın əsas tərəfdaşları arasında mühüm yerə malikdir. Türkiyənin dəstəyi olmadan Azərbaycan hazırda müşahidə etdiyimiz zirvələrə çata bilməzdi. Bu, danılmaz faktdır.

Onun sözlərinə görə, Moskva və İran, eləcə də Qərbə tabe olmaq istəməyən Ankara ilə sıx münasibətlərinə görə Bakı son aylarda Avropa İttifaqı və ABŞ tərəfindən təzyiqləri öz üzərində hiss edir.

Ekspert qeyd edib ki, bu qüvvələr Azərbaycanda demokratiyanın pozulduğunu, bu yaxınlarda keçirilən prezident seçkilərində qanun pozuntularına yol verildiyini iddia edirlər. Lakin bu, Qərb “tərəfdaşları”nın Bakını bütün xarici siyasətini Vaşinqtonla razılaşdırmağa məcbur etmək üçün əl atdığı şantajından başqa bir şey deyil. Burada isə xüsusilə, İran və Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan söhbət gedir.

Arıkovun sözlərinə görə, nəzərə alınmalı mühüm məqam Dağlıq Qarabağ münaqişəsidir. Belə ki, bir sıra ekspertlərin fikrincə indi münaqişənin müharibə yolu ilə həll edilməsi üçün kifayət qədər uğurlu zamandır. Ermənistanda ciddi siyasi böhran hiss olunur. Digər tərəfdən isə, Bakını bu addımdan Moskva çəkindirməyə çalışır. Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin qəfil Bakı səfəri də bununla bağlıdır.

Analitikin fikrincə, Kreml açıq şəkildə göstərir ki, yaranmış vəziyyətdə Ermənistanın baş naziri postunda Karen Karapetyanı görmək istəyir. Politoloq, həmçinin, əlavə edib ki, Ermənistanda hazırki siyasi vəziyyətin fonunda Azərbaycanın danışıqlar aparması mənasız olar. Masa arxasında bütün hakimiyyəti əlində cəmləyən adamla əyləşmək lazımdır. Odur ki, Ermənistanın yeni prezidenti Armen Sarkisyanın danışıqlarda bitərəf olaraq oturması önəm daşımır.

Ekspert qeyd edib ki, əgər Paşinyan özünü de-fakto ölkənin birinci siması elan etsə, münaqişə zonasında hərbi əməliyyatların başlanması istisna edilmir. Lakin bu halda Azərbaycanın təşəbbüs göstərəcəyini də demək olmaz. Azərbaycandan artıq bəzi siyasətçilər Bakının belə qarışıq vəziyyətdə bu addımı atmayacağına dair fikirlər səsləndiriblər.

www.yenicag.az

3913
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS