!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Əgər “Sinovac” vaksini öz effektivliyini göstəribsə...” – Partiya sədrindən TƏKLİF

!Reklam – Yazi

“Dünya ölkələri tərəfindən həmin vaksinə tələbat yaranıbsa, bu vəziyyəti müsbət dəyərləndirmək olar”.

COVİD-19-a qarşı Çində hazırlanmış “Sinovac” vaksini kliniki sınaqlardan uğurla keçdiyinə görə artıq bir çox ölkənin marağına səbəb olub. Bu fonda İndoneziya və Türkiyə indiyədək “Sinovac” vaksininin ən yüksək effektivlik faizini qeydə alan ölkələr olub.

Çinin Milli Sağlamlıq Komissiyasının rəsmisi Çjenq Çonqvi bildirib ki, artıq 1 milyondan çox insan “Sinovac” vaksini ilə peyvənd olunub və bu zaman ciddi mənfi təsir qeydə alınmayıb. Nəticədə 100-dən çox ölkə bu vaksini sifariş edib.

Pandemiya ilə mübarizədə vaksinin effektli vaksinin tapılmasını təqdirəlayiq hal hesab edən Xalq-Demokratik Partiyasının (AXDP) sədri Rafiq Turabxanoğlu Yenicag.az-a açıqlamasında bildirib ki, əgər özünü doğruldubsa, “Sinovac”ın ölkəyə gətirilməsi zəruridir:

“Tarix boyunca müxtəlif təhlükəli virusların dünyada yayılması faktlarına rast gəlinib. Əslində, bu cür virusların yayılmasında müəyyən qədər siyasi motivlərin də təsiri olur. Bütün hallarda insan sağlamlığı ön planda dayanmalıdır.

Əgər koronavirus pandemiyası qlobal problem səviyyəsindədirsə, vaksinin tapılması istiqamətində birgə fəaliyyətin göstərilməsi başadüşülən və zəruridir. Bu baxımdan, “Sinovac” vaksini gözləntiləri doğruldubsa və dünya ölkələri tərəfindən həmin vaksinə tələbat yaranıbsa, bu vəziyyəti müsbət dəyərləndirmək olar.

Bu cür təsirli vaksinin ölkəyə gətirilməsi labüddür. Koronavirus pandemiyası ilə mübarizədə səmərəli işlər görən hər kəsin zəhməti dəyərləndirilməlidir”.

Gülşən Şərif

www.yenicag.az

7372
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv