Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

“Əgər Tatarıstan məktəblərində tatar dili tədris olunmursa...” – Ruslan Nağıyev

Reklam: High Technic

“Volqaətrafı Bulqar dövlətində İslam dini 922-ci ildə qəbul olunsa da, Rusiya 988-ci ildə xristianlığa keçib”.

Tatarıstan Vəkillər Kollegiyasının üzvü, tanınmış hüquqşünas Ruslan Nağıyevin Yenicag.ru-ya müsahibəsini ixtisarla təqdim edirik.

– Putinin yerində olsaydız, ilk növbədə hansı qanunu və ya qanunvericilik müddəasını dəyişdirərdiz?

– Bu gün məni daha çox Rusiyada müsəlmanların təqib olunması, onların ənənəvi geyimdən istifadəsinə imkan verilməməsi, köklü xalqların ana dilində təhsilin ləğv olunması daha çox narahat edir. Mən bu siyasətin cəmiyyətdə radikallığı artırmasından ehtiyatlanıram.

Bununla belə, qeyd olunmalıdır ki, Rusiyada islam dini xristianlıqdan daha əvvəl təşəkkül tapıb. Yəni Volqaətrafı Bulqar dövlətində İslam dini 922-ci ildə qəbul olunsa da, Rusiya yalnız 988-ci ildə xristianlığa keçib.

Onu da unutmaq lazım deyil ki, Rusiya federasiyadır – bərabərhüquqlu subyektlərin ittifaqıdır. Rusiya xalqları isə ölkənin köklü əhalisidir, onların xaricdə başqa vətənləri yoxdur.

Ölkə Konstitusiyasında Rusiyadakı bütün xalqların bərabər hüquqlara malik olmaları öz əksini tapıb. Ölkədəki bütün millətlərin nümayəndələri bu dövlətin tərəqqisi üçün çalışırlar, müharibə dövründə isə öz sağlamlıqlarını, həyatlarını qurban verirlər.

Lakin bu gün bəzi siyasi qüvvələr mediada bir xalqı digərindən üstün tutmağa cəhd göstərirlər. Onlara Rusiya himnindəki bu misranı xatırladıram: “Qardaş xalqların ittifaqı əbədidir”.

– Vəkillik fəaliyyətiniz dövründə ən səs-küylü işiniz hansı olub?

– Ən səs-küylü işim Tatarıstan məktəblərində dövlət dilində – tatar dilində həftədə azı iki saat icbari təhsilin ləğvi ilə bağlı olub. Bu gün məktəblərdə tatar dili həftədə iki saatdan çox tədris olunmur – o da valideynlərin yazılı müraciəti əsasında. Müqayisə üçün deyim ki, məktəblərdə ingilis dilinin həftədə dörd saatdan çox tədrisi məcburidir.

Çox dil bilmək yaxşıdır. Ancaq məktəblərdə dövlət dilinin – Tatarıstanda tatar və rus dilləri dövlət dilləridir – tədrisi icbari olmalıdır. Əgər Tatarıstan məktəblərində tatar dili tədris olunmursa, o dil harada öyrənilməlidir?

Qafqaz Ömərov

www.yenicag.az

5373