Egey dənizində faciə

Egey dənizində qaçqınları daşıyan qayıq batıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bədbəxt hadisə Egey dənizində yunan adası yaxınlığında baş verib. 20 nəfəri daşıyan qayığın dalğalara qərq olması nəticəsində həlak olmuş 14 nəfərin cəsədi tapılıb. Onlardan dördünün uşaq olduğu bildirilir. Digərlərinin meyiti hələ də tapılmayıb.

Qeyd edək ki, Yunan Sahil Təhlükəsizlik və Frontex qüvvələri hadisə yerində axtarış-xilasetmə tədbirlərini davam etdirir.