Egeydə üç səhər üçün tufan xəbərdarlığı edilib.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Meterologiya Xidməti məlumat yayıb.
Məlumata görə, tufanların İzmir, Aydın və Manisada təsirli olacağı gözlənilir.
Qeyd edilib ki, qarşıdakı 3 saat ərzində İzmir və Aydının şərqində və Manisa ətrafında ildırımlı tufanların qüvvətli olacağı təxmin edilir.
Yağış zamanı qəfil sel, daşqın, şimşək çaxması, dolu və güclü külək əsməsi kimi hallara qarşı diqqətli və tədbirli olmaq lazımdır.