2019-cu ilin yanvar ayı ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 150,7 milyon manatlıq xidmət göstərib ki, onun da 75,2 faizi əhali tərəfindən istehlak olunub.
Yenicag.az xəbər verir ki, 2018-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 5,6 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 80,2 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Xidmətlərdən əldə edilən gəlirin 44,0 faizi və ya 66,3 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.