!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əhalidən pul yığan “FHN-çi” həbs olundu

!Reklam – Yazi

132985_res_01Ötən ilin dekabr ayında bir qrup Zaqatala sakini Zaqatala Rayon Polis Şöbəsinə müraciət edərək, Naxçıvan Muxtar Respublikasında anadan olan, hazırda Bakıda yaşayan, 50 yaşlı Toğrul Adıgözəlov tərəfindən aldadıldıqlarını bildiriblər.

Kəpəz TV xəbər verir ki, müraciətdə həmin şəxsin özünü FHN-in əməkdaşı kimi təqdim etdiyi, 2012-ci ildə baş verən zəlzələdə zərər görən evlərin tikilməsi üçün sakinlərdən külli miqdarda pul aldığı göstərilib.

Keçirilən əməliyyat nəticəsində Toğrul Adıgözəlov saxlanılıb. Onun Qaxda 22, Zaqatalada isə 17 nəfərin hər birindən 1500-8000 manat arası pul aldığı müəyyənləşib. Həmin şəxsin əməllərindən zərər çəkən digər şəxslərin də Zaqatala Rayon Polis Şöbəsinə müraciət etmələri xahiş olunur.

www.yenicag.az

540
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv