Türkiyənin Bitlis vilayətində 4,2 bal gücündə zəlzələ baş verib.
Yenicag.az-ın məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 07:57-də qeydə alınıb.
Zəlzələnin episentri Əhlət rayonunda olub. Zəlzələnin ocağı isə 7 kilometr dərinlikdə yerləşib.
Təşvişə səbəb olan zəlzələ nəticəsində tələfat və ya dağıntıların olmadığı bildirilib.
Daha öncə isə, eyni ərazidə saat 06:08-də maqnitudası 3,9 bal, ocağı isə 11 kilometr dərinlikdə olan zəlzələ baş verib.