!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əhalinin artan kredit borcu: "Çalışmaq lazımdır ki, ölkədəki banklar daha çox..." - Ekspert RƏYİ

!Reklam – Yazi

Bu ilin aprelində bank sektorunun portfeli 312,2 milyon artaraq 17 milyard 840,4 milyon manata çatıb. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə müştərilərə verilən cəmi kreditlər 1 milyard 181,3 milyona yüksəlib. Apreldə istehlak və ipoteka kreditləri birlikdə 166,2 milyon manat artıb.

Əhalinin banklara kredit borcunun artmasına təkan verən amillərlə bağlı bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Yenicag.az-a açıqlama verib.

Ekspertə görə, pandemiya dövrü ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərin aradan qalxması bir çox iqtisadi sahələrin açılmasına və insanların maddi ehtiyacını ödəmək üçün banklara üz tutmasına səbəb olub:

“Əslində, açıqlanan statistikanın təkcə əhaliyə deyil, sahibkarlara da aid olub-olmaması məlum deyil. Ümumilikdə, əhaliyə verilən kreditlər artıb. Lakin bütövlükdə 312,2 milyon manat elə də böyük rəqəm deyil. Yəni ortada ciddi fərq yoxdur. Hər bir halda, banklara kredit borcunun artımına pandemiya məhdudiyyətlərinin aradan qalxması və müəyyən iqtisadi aktivliyin bərpa olması daxildir. Digər tərəfdən, azad olunmuş ərazilərdə infrastruktur layihələrinin həyata keçirilməsi bankların rolunu artırır. Bankdan kredit götürən dövlət şirkətləri də az deyil. Əlbəttə ki, əhalinin kredit borcunun artması arzuolunan deyil. Lakin bu vəziyyətin qarşısını almaq mümkün deyil. Çünki insanlar daha yaxşı yaşamaq istəyirlər. Sadəcə çalışmaq lazımdır ki, ölkədəki banklar daha çox real iqtisadiyyatı və biznesi kreditləşdirsinlər”.

Gülşən Şərif

www.yenicag.az

880
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv