!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əhalinin gəlirində gözlənilən ARTIM: "Düşünmürəm ki, bu, çoxistiqamətli olsun" - RƏY

!Reklam – Yazi

“Əslində, gələn il üçün nəzərdə tutulan artım 30 faiz olsa, daha məqsədəuyğun olardı”.

Bu sözləri gələn il pensiya, minimum əməkhaqqı, müavinət və təqaüdlərin artmasına baxmayaraq, yoxsulluq səviyyəsinin yüksələcəyi ilə bağlı fikirlərə münasibət bildirən iqtisadçı Eldəniz Əmirov Yenicag.az-a açıqlamasında deyib.

İqtisadçıya görə, infilyasiya mövcud şəraitdə də var və bu baxımdan əhalinin gəlirlərinin artması ciddi narahatlığa yol açmayacaq:

“Əslində, pandemiya dövrü ilə əlaqədar iqtisadiyyata buraxılan əlavə pul kütlələri nəticə etibarilə infilyasiyaya səbəb olub. Düzdür, infilyasiya həmişə mövcud olub. Sadəcə olaraq indi artım tempi yüksəlib. Son zamanlar ölkəmizdə də bahalaşmanın baş verməsi əhalinin xərclərinin artmasına yol açıb və bu baxımdan, gələn ilin büdcə layihəsində dəyişiklik nəzərdə tutulub. Bu fonda Əmək və Əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib ki, pensiya, minimum əməkhaqqı, müavinət və təqaüdlər gələn il 20-40% artırılacaq. Lakin düşünmürəm ki, 40%-lik artım çoxistiqamətli olsun. Bu faiz göstəricisi sadəcə müəyyən istiqamətləri əhatə edə bilər. 20 faizlik artım isə normal qiymətləndirilə bilər. Əslində 30 faiz olsa, daha məqsədəuyğun olardı.

Düzdür, qeyd olunan artım infilyasiyanı sürətləndirəcək. Ancaq artım olmasa, əhalinin gəlirləri xərclərini heç cür qarşılamayacaq. Bu isə əhalinin sosial vəziyyətini daha da çətinləşdirə bilər. Qeyd etmək lazımdır ki, gəlirin 20 faiz artması infilyasiyanın 20% artması demək deyil. Bütün hallarda əməkhaqqı və təqaüdün artımı infilyasiyanın artım tempindən daha yüksəkdir. Gələn ilki dəyişiklik fonunda infilyasiyanın yaranması və son nəticə olaraq yoxsulluq səviyyəsinin artacağı iddiaları əsassızdır”.

Gülşən Şərif

www.yenicag.az

588
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv