Bu ilin yanvar-fevral aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 9 282,9 mln. manat və ya hər nəfərə orta hesabla 924,5 manat təşkil edib.
Dövlət Statistika Komitəsindən Yenicag.az-a verilən məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə əhalinin nominal gəlirləri 15,7%, adambaşına düşən gəlirlər isə 15,3% artıb.