Əhalinin ipoteka borcları silinir

Hökumət əhalinin müəyyən kəsiminin ipoteka borclarının silinməsi üçün hərəkətə keçib.

Yenicag.az “Sputnik”in Qazaxıstan bürosuna istinadən xəbər verir ki, bu ölkənin Milli Bankı müəyyən kateqoriyaya aid vətəndaşların ipoteka borclarının bağlanması məsələsini nəzərdən keçirir.

“Astana” telekanalının məlumatına əsasən, məsələ Milli Bankın İşçi Qrupunun iclasında ilkin səviyyədə müzakirə olunub.

Həmin iclasda iştirak etmiş “El birliyi” İctimai Hərəkatının nümayəndəsi Şolpan Rizabekovanın sözlərinə görə, burada söhbət əhalinin aztəminatlı hissəsinin borclarının silinməsindən gedir:
“İlk növbədə 1-ci və 2-ci qrup əlillərin, yarımçıq ailələrin, müharibə veteranlarının, təqaüdçülərin, ağır sosial vəziyyətdə yaşayan vətəndaşların borclarının silinməsinə baxılacaq.

Çox şadıq ki, hökumət bizim bununla bağlı təklifimizə müsbət yanaşdı”.